"Borussiya" Almaniya millisinin üzvünü transfer etdi

10:09 - 22 May 2019

Almaniyanın "Borussiya" klubu transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Dortmund klubu "Bayer"in futbolçusu Yulian Brandtı transfer edib. Bu keçid "Borussiya"ya 25 milyon avroya başa gəlib.

 

Kristian Pulişiçi "Çelsi"yə 64 milyon avroya satan dortmundlular iddialı heyət qurmaq üçün daha bir neçə transfer edəcək.

 

"Borussiya" daha öncə "Hoffenhaym"dan Niko Şultsu 27 milyon avroya transfer edib.

 

Yulian Brandt bu mövsüm Bundesliqada 33 oyuna 7 qol vurub, 14 assist edib. 23 yaşlı vinger Almaniya yığmasında 24 oyun keçirib.

Xəbər xətti