Türkiyə millisinin üzvü "Trabzonspor"dan ayrıldı

18:18 - 25 May 2019

Türkiyənin "Trabzonspor" klubunda ayrılıq baş verib.

 

Sportal.az xəbər verir ki, Türkiyə millisinin üzvü Olcay Şahan klubla başa çatan müqaviləsini uzatmayıb. 31 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında "bordo-mavililər"lə vidalaşıb.

 

Olcay 2016/17 mövsümünün qış fasiləsində "Beşiktaş"dan "Trabzonspor"a keçmişdi. O, komandada 71 oyuna 8 qol vurub, 19 assist edib.

Xəbər xətti