İtaliya A Seriyasında mövsümə yekun vuruldu

00:36 - 27 May 2019

İtaliya A Seriyasında mövsümün sonuncu - 38-ci turunun görüşləri keçirilib.

 

Sportal.az xəbər verir ki, yekun turda avrokuboklara vəsiqə qazanan və liqanı tərk edən klublar məlum olub.

 

"Yuventus", "Napoli", "Atalanta" və "İnter" klubları Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.

 

"Milan"la "Latsio" Avropa Liqasının qrup mərhələsində çıxış edəcək. "Roma" isə təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

 

"Empoli", "Frozinone" və "Kyevo" B Seriyasına yuvarlanıblar.

 

Xəbər xətti