"Real" bu gün Hazard transferini bitirəcək

18:33 - 30 May 2019

"Çelsi"nin futbolçusu Eden Hazardın "Real"a keçib-keçməyəcəyi bu gün dəqiqləşəcək.

 

Sportal.az xəbər verir ki, Madrid klubu qarşı tərəfə yekun təklifini irəli sürəcək. Londonluların təklifi qəbul edəcəyi gözlənilir.

 

Belçikalı futbolçu Avropa Liqasının dünənki final matçından sonra "Çelsi"də son oyununu keçirdiyini açıqlayıb.

 

28 yaşlı yarımmüdafiəçinin şənbə günü artıq Madridə gedəcəyi bildirilir. Daha əvvəl transferin iyunun 3-də açıqlanacağı yazılmışdı.

Xəbər xətti