Xose Antonio Reyesin vəfatının təfərrüatları açıqlandı

01:12 - 3 İyun 2019

İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyesin avtomobil qəzasında vəfat etməsinin təfərrüatları bəlli olub.

 

Sportal.az "El Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı sabiq futbolçu Almendralex bölgəsindən Utrerə gedən yolda "Mercedes" markalı maşının idarə etməsini itirib. Buna avtomobilin sürətinin 237 km/saat olan zaman təkərlərdən birinin partlaması səbəb olub. Maşın çox yüksək sürətdə olduğu üçün magistraldan çıxaraq, aşıb və partlayıb. Məşhur futbolçunun əmisi oğlu da qəzada vəfat edib.

 

"Sevilya" yetirməsi olan Reyes "Arsenal", "Real", "Atletiko", "Benfika", "Espanyol" kimi klublarda çıxış edib. O, yanvar ayında İspaniya Sequndasında çıxış edən "Ekstremadura" ilə müqavilə imzalamışdı.

 

FOTO: EFE  

Xəbər xətti