"Zirə"nin hazırlıq planı məlum oldu

“Zirə”nin yay təlim-məşq toplanışının planı bəlli olub. 

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, komandanın  hazırlığı 2 mərhələdən ibarətdir. İlk mərhələ Bakıda olacaq və 21 iyun – 19 iyul tairxlərini əhatə edəcək. “Qartallar” bu müddətdə 4 yoxlama oyunu keçirəcək.

 

Komanda iyunun 29-da “Qəbələ”, iyulun 6-da “Sabah”, 13-də isə “Keşlə” ilə qarşılaşacaq. İyulun 19-daki rəqibin kimliyinə isə hələ aydınlıq gəlməyib.

 

Hazırlığın 2-ci hissəsi isə Türkiyənin Bolu şəhərində olacaq. “Zirə” 20 iyul – 4 avqust aralığında qonşu ölkədə təlim-məşq toplanışında olacaq. Samir Abasovun komandası burada da 4 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 23, 26, 30 iyul və 3 avqust tarixlərində nəzərdə tutulub.

Tarix: 19 İyun [12:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2019
19  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio