Samir Abasov: "Komanda gözlədiyimizdən də yaxşı vəziyyətdədir"

"Qəbələ" ilə yoxlama matçında 1:1 hesablı heç-heçə edən "Zirə"nin baş məşqçisi Samir Abasov fikirlərini bölüşüb.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis komandasından razı qalıb:

 

"Komanda gözlədiyimizdən də yaxşı vəziyyətdədir. Təkcə bu oyuna görə yox, ümumiyyətlə, hazırlığın geridə qalan müddətinə əsasən deyirəm. Sanki onlar üçün mövsüm bitməyib. Meydanda çox hərəkətli idilər. Bu hələ ilk oyunumuz idi. Qarşıdakı görüşlərdə rotasiya da edəcəyik. Bolu toplanışında da çalışacağıq ki, komanda tam istədiyimiz vəziyyətdə olsun".

 

Tarix: 30 İyun [00:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2019
19  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio