"Qəbələ" günü bir məşqlə başa vurdu, Ramaldanov fərdi məşqlə kifayətləndi

00:07 - 9 İyul 2019

“Qəbələ” 2019-2020-ci illər mövsümünün hazırlığını davam etdirir.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışının beşinci gününü arxada qoyub. Komanda günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ilk yarısına təsadüf edib.

 

İyulun 7-də Ukraynanın “Mariupol” klubuna qarşı keçirilən yoxlama oyununa (2:1) start heyətində çıxan futbolçular bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isə meydançada toplu və topsuz çalışmaları yerinə yetiriblər. Bərpa prosesi davam edən Rasim Ramaldanov fərdi hazırlıq keçib.

 

Xəbər xətti