Fransa klubundan türkiyəli futbolçu üçün 20 milyonluq təklif

12:26 - 9 İyul 2019

Fransanın "Lill" klubu "Trabzonspor"a yarımmüdafiəçisi Yusuf Yazıçının transferi üçün təklif göndərib.

 

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi 22 yaşlı futbolçunun keçidi üçün 20 milyon avroluq təklif ünvanlayıb. 

 

Daha öncə klubun prezidenti Jerar Lopes Türkiyə millisinin üzvüylə maraqlandıqlarını təsdiqləmişdi.

 

Qeyd edək ki, Yusuf "bordo-mavililər"in yetirməsidir və 2015-ci ildən əsas komandanın üzvüdür.

Xəbər xətti