"Sperantsa"nın baş məşqçisindən şok sözlər: "Hesabda üçüncü şəxslərin rolu oldu"

Avropa Liqasının I təsniftat mərhələsinin ilk oyununda öz meydanında “Neftçi”yə uduzan (0:3) Moldovanın “Sperantsa” klubunun baş məşqçisi Kristian Efros görüşdən sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:

 

- Futbolçulardan razı qaldım. Hesab onu göstərdi ki, Üçüncü şəxslərin rolu oldu. Əlbəttə, üzücü məğlubiyyətdi. Rəqibin yerində olsaydım qələbəyə sevinməzdim. Gülməli idi.

 

- Üçüncü şəxslər kimi nəzərdə tutursuz? Hakimləri?
- Növbəti suala keçin. Siz hakimləri təhlil edin. Bu axşam daha çox onun qərarları ön planda idi.

 

- "Neftçi"nin zəif tərəflərindən danışmışdız. Onları tapa bilmədiz?
- Müdafiə xəttini nəzərdə tuturdum. İmkanlarımız var idi, istifadə edə bilmədik. Əks-hücumlarımız daha təhlükəli idi. Qolları 3-cü şəxslər vurdu.

 

- Cavab matçı formal olacaq?
- Hələ hazırlaşmaq üçün bir həftə vaxtımız var. İlk oyunu təhlil edəcəyik.

 

- Niyə ikinci hissə başlayandan sonra meydançaya çıxdız?
- Həmişə belə edirəm, əvvəl komanda çıxır, sonra mən.

 

- Niyə digər məşqçilər kimi hissənin startından texniki zonada olmursuz?
- Fikir verdizsə, meydanı fırlanaraq ora getdim. Useyn Bolt deyiləm ki, tez çatım.

 

- Niyə belə aqressivsiz?
- Konkret necə aqressiv?

 

- Cavablarınız aqressivdi... "Neftçi"nin qələbəsinə kölgə salmağa çalışırsız?
- Niyə sevinəsən belə qələbəyə? Şəxsən mən sevinməzdim. Mən belə insanam. Öz fikrimi deyirəm. Belə qələbə olsaydı, bir həftə yata bilməzdim. Rəqibi nəzərdə tutmuram, sadəcə, öz düşüncələrimi bildirirəm.

 

- Roberto Bordini "Şerif"dən məğlub yola salmışdız. Sizdən revanş aldı?
- Belə də demək olar.

Tarix: 11 İyul [23:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Sentyabr 2019
16  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio