"Kəpəz" 26 futbolçu ilə başladı

00:40 - 3 Avqust 2019

“Kəpəz” I Divizionda yeni mövsümün hazırlığına start verib.

 

Sportal.az xəbər verir ki, ötən gün bir araya gələn komanda Gəncə şəhər stadionunun yardımçı meydançasında məşq edib. Futbolçular baş məşqçi Yaşar Vahabzadə və köməkçilərinin təlimatına uyğun olaraq topsuz çalışmalar üzərində işləyiblər.

 

Komanda üzvləri əsasən fasilələrlə müəyyən vaxt müddətində qaçıblar. 26 oyunçunun qatıldığı ilk məşq prosesi təxminən saatyarım davam edib.

Xəbər xətti