PSJ-dən "Ayntraxt"a keçir

12:37 - 4 Avqust 2019

Almaniyanın "Ayntraxt" klubu PSJ-dən sabiq qapıçısı Kevin Trappı geri qaytarır.

 

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, Frankfurt təmsilçisi 29 yaşlı qolkiperin keçidi üçün 10 milyon avro təklif göndərib. Transferin növbəti həftə reallaşacağı gözlənilir.

 

Almaniya millisinin üzvü ötən mövsümü icarə əsasında "Ayntraxt"da keçirib. 

 

PSJ Trappı 2015-ci ildə 10 milyon avroya transfer etmişdi.

Xəbər xətti