Samir Ələkbərov: "Azərbaycandan bir neçə nəfəri Ukraynaya gətirmək olar"

16:57 - 4 Avqust 2019

«Komandamızda braziliyalı legionerlər çoxluq təşkil edir, bu da rəhbərliyin siyasətidi».


Sportal.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında «Lvov»un məşqçisi Samir Ələkbərov deyib.


İki ay öncə Ukraynada fəaliyyətə başlayan mütəxəssis çalışdığı klubda azərbaycanlı futbolçuları görmək istədiyini bildirib:

 

«Ancaq, bu, tək məndən asılı olan məsələ deyil. Mənim konkret işim var, baş məşqçiyə kömək edirəm. Vaxtilə AZAL və «Araz-Naxçıvan»ın formasını geyinmiş Ruslan Zubko da bura baxışa gəlib. Lap əvvəldən «Lvov»da Cənubi Amerikadan olan futbolçulara üstünlük verilib, indi də rəhbərlik bu yolla gedir. Fikrimcə, Azərbaycandan bir neçə nəfəri bura gətirmək olar. Gəlsələr, oynaya bilərlər. Bunun üçün rəhbərlik onlarla maraqlanmalıdı. Açığı, onlar hələ məndən bu barədə heç nə soruşmayıblar. Maraqlansalar, ad çəkərəm».

 

Xəbər xətti