"Sabah" Super Liqa klubuna məğlub oldu

19:12 - 5 Avqust 2019

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün növbəti son yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu Türkiyə Super Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşıb. “Gənclərbirliyi” İlhan Cavcav bazasında keçirilən görüşdə "Sabah" 2:4 hesabı ilə uduzub.

 

Paytaxt klubunun heyətində Təmkin Xəlilzadə və Emil Qasımov fərqlənib.

 

"Sabah" daha öncə "Konkordiya"ya (Rumıniya - 1:2) uduzub, "Kəmərspor" (Türkiyə - 2:1) və “Əl-Şəhaniyə”yə (Qətər – 3:2) qalib gəlib.

Xəbər xətti