"Real Betis"dən 28 milyonluq transfer

11:11 - 15 Avqust 2019

İspaniyanın "Real Betis" klubu La Liqanın digər təmsilçisi "Espanyol"un hücumçusu Borxa İqlesiası transfer edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı forvardla 2024-cü ilin iyununa kimi müqavilə imzalanıb. Əndəlüsiyalılar bu keçid üçün kataloniyalılara 20+8 milyon avro təzminat ödəyib.

 

İspaniyalı futbolçu 2018-ci ilin yayında "Selta"dan "Espanyol"a 10 milyon avroya transfer olmuşdu. Borxa İqlesias 37 oyuna 17 qol vurub.

Xəbər xətti