"Qarabağ" "Linfild"ə uduzdu - YENİLƏNİB

00:36 - 23 Avqust 2019

“Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqasının III təsnifatında mübarizəni dayandırdığı üçün yoluna Avropa Liqasında davam edən Ağdam təmsilçisi səfərdə “Linfild”in qonağı olub. Şimali İrlandiyanın paytaxtı Belfastdakı “Vindzor Park” stadionundan keçiriləcək görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Cütün cavab görüşü avqustun 29-u, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.


Avropa Liqası

Pley-off mərhələsi, ilk oyun

 

22:45. “Linfild” – “Qarabağ” - 3:2

Qollar: Mark Stefford, 40, Şeyn Leveri, 45, 75 - Faysal Rerras, 16, Maqaye Qeye, 90+2 (pen.)

Baş hakim: Sandro Şörer

Yan xətt hakimləri: Stefan De Almeyda, Bekim Zoqay

Dördüncü hakim: Fedayi San (hamısı İsveçrə)

Hakim-inspektor: Vlado Svilokos (Xorvatiya)

UEFA nümayəndəsi: Mixael Zaltser (İsveç)

Belfast, “Vindzor Park” stadionu 

Xəbər xətti