"Neftçi" - "Sumqayıt" oyununda dava

21:17 - 1 Sentyabr 2019

Azərbaycan Premyer Liqasının 3-cü turunun "Neftçi" evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, oyunun sonlarında qalmaqal baş verib. Stiven-Jozef Monrozun son dəqiqələrdə "Neftçi"nin qələbə qolunu vurmasından sonra meydanda dava düşüb.

 

"Sumqayıt"ın kapitanı Vurğun Hüseynovla "Neftçi"nin müdafiəçisi Anton Krivotsyuk arasında gərginlik yaşanıb. Vurğun qoldan sonra qeyri-etik jest edən "Neftçi"nin müdafiəçisinin başına sillə vurub. Hər iki futbolçu qırmızı vərəqə alaraq meydanı tərk edib.

 

Bundan əlavə, "Neftçi"nin qapıçılarla işləyən məşqçisi Etibar Tarverdiyevlə qonaqların baş məqşçisi Ayxan Abbasov arasında da gərginlik yaşanıb.

Xəbər xətti