Bendtnerin yeni klubu müəyyənləşdi

10:58 - 3 Sentyabr 2019

Danimarka millisinin üzvü Niklas Bendtnerin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu Norveçin "Rusenborq" klubundan Danimarka təmsilçisi "Kopenhagen"ə keçib. Klub saytının məlumatına görə, təcrübəli hücumçu ilə ilin sonuna qədər müqavilə imzalanıb.

 

Bendtner "Arsenal", "Birmingem", "Sanderlend", "Yuventus", "Volfsburq", "Nottingem Forest" klublarında da çıxış edib. O, 2017-ci ildən çıxış etdiyi "Rusenborq"da 55 oyuna 24 qol vurub.

Xəbər xətti