"Sumqayıt"a texniki məğlubiyyət verildi

15:59 - 3 Sentyabr 2019

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, I Divizionun 2-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

I Divizionun II turunun “Sumqayıt-2” – “Neftçi-2” matçında əvəzetmə zamanı “Sumqayıt-2” klubunun protokolda adı olmayan futbolçusu meydana çıxdığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 400 manat cərimə olunur.

 

I Divizionun II turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 86-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 7 №-li futbolçusu Aqşin Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

I divizionun II  turunun “Ağsu” – “Səbail-2” matçında “Ağsu” və “Səbail-2” klublarının 6 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur.

 

“Səbail-2” klubunun nümayəndəsinin oyun öncəsi iclasda iştirak etməməsinə görə klub 80 manat cərimə olunur.

 

I Divizionun II  turunun “Qarabağ-2” – “Zaqatala” matçında “Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 59-cu dəqiqəsində “Qarabağ-2” klubunun 83 №-li futbolçusu Nihad Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

“Qarabağ-2” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur.

 

“Qarabağ-2” klubu AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişləri yerinə yetirmədiyinə görə (meydançanın ətrafında kənar şəxslər olub) klub 80 manat cərimə olunur.

 

“Qarabağ-2” klubu PFL-in əsasnaməsinin 9-cu maddəsində qeyd olunan şərtləri yerinə yetirmədiyinə görə klub 80 manat cərimə olunur.

 

Oyun öncəsi iclasa Polis nümayəndəsi gecikdiyinə görə meydan sahibi klub 40 manat cərimə olunur.

Xəbər xətti