Roberto Bordin "Neftçi"dən ayrılır?

12:12 - 4 Sentyabr 2019

"Neftçi"nin baş məşqçisi Roberto Bordinin Kiprin "Apollon" klubunu çalışdırmaq variantının olduğu barədə xəbərlər yayılıb.

 

Sportal.az xəbər verir ki, Kipr mətbuatı Limassol təmsilçisinin italiyalı mütəxəssisə təklif göndərməyə hazırlaşdığını yazıb. "Goal" nəşri 54 yaşlı mütəxəssisin "Neftçi"də işinə davam edəcəyini, "Apollon"un başqa variant seçəcəyini yazıb.

 

"Apollon" baş məşqçisi Sofronis Avqustini Avropa Liqasının pley-off mərhələsində PSV-yə uduzduqdan sonra istefaya göndərib.

 

Roberto Bordin ötən mövsümdən "Neftçi"ni çalışdırır. Onun müqaviləsi bu mövsümün sonunda başa çatır.

 

Xəbər xətti