Jirudan MLS-ə "yaşıl işıq"

"Çelsi"nin fransalı hücumçusu Olivye Jiru "RMC Sport"a açıqlamasında MLS-də oynaya biləcəyini deyib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı forvard bunu nə vaxt gerçəkləşəcəyini bilmədiyini söyləyib:

 

"MLS-də oynamaq çox maraqlı olardı. Bunun yaxın bir-iki ildə reallaşacağını bilmirəm. Əlbəttə, belə mübarizəyə açığam. Başqa seçimlərim də ola bilər. Yaxın gələcəkdə görəcəyik. "Çelsi"nin mənimlə müqavilə imzalamaq hüququ var idi və bunu etdi. Mən də ayrılmağı düşünmədim. Klubun mənə güvəndiyini bilirəm".

 

Jirunun "Çelsi" ilə müqaviləsi mövsümün sonunda başa çatır. Fransa millisinin üzvü London təmsilçisində 67 oyuna 19 qol vurub, 13 assist edib.

Tarix: 5 Sentyabr [14:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio