Emin Mahmudov: "Özümüzü əsl alverçi millət kimi aparırıq"

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində evdə Xorvatiya ilə heç-heçə etməsi (1:1) barədə sosial şəbəkələrdə nəticəni şübhə altına salan bəzi fikirlər səsləndirilir.

 

Sportal.az xəbər verir ki, millinin üzvü Emin Mahmudov yayılan söz-söhbətlərə elə "Facebook" səhifəsində münasibət bildirib:

 

"Üç ildir Azərbaycandayam və həmişə eşidirəm ki, ya oyunu alıblar, ya da satıblar. Özümüzü əsl alverçi millət kimi aparırıq. Amma kimdən soruşasan ki, sübut elə, mən də qəbul edim! Suala heç kim cavab vermir. Deyəcəklər ki, hansısa çayxanada eşitmişəm. Uşaqların əziyyətini yerə vurmaq lazım deyil. Özümdən danışmıram. Dünən mən heç nə etməmişəm. Amma uşaqlar çox əziyyət çəkdilər".

Tarix: 10 Sentyabr [17:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2019
14  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio