"İnter" Qötseni pulsuz transfer etmək istəyir

17:51 - 11 Sentyabr 2019

İtaliyanın "İnter" klubu Dortmund "Bourissya"sının vingeri Mario Qötseni nəzarətdə saxlayır.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, mövsümün sonunda Bundesliqa klubu ilə müqavilə başa çatacaq futbolçunu milanlılar azad agent statusu ilə heyətinə cəlb etmək istəyir. 

 

"Borussiya" 27 yaşlı oyunçu ilə yeni müqavilə barədə anlaşa bilmir.

 

Almaniya millisinin üzvü "Borussiya"da 200 oyuna 42 qol vurub, 60 assist edib.

Xəbər xətti