"Sumqayıt" iki futbolçunu transfer etdi - FOTOLAR

18:51 - 12 Sentyabr 2019

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK heyətinə 2 futbolçu cəlb edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, son mövsümü müvafiq olaraq “BATE Borisov” və “Torpedo Moskva”nın heyətində keçirmiş futbolçular – Cəmaləddin Xocaniyazov və Rəhim Sadıxovla 2 illik müqavilə imzalanıb. Cəmaləddin “Sumqayıt”da 5, Rəhim isə 90 nömrəli formada çıxış edəcək.

 

Sankt-Peterburq “Zenit”inin yetirməsi olan Cəmaləddin Xocaniyazov 2012-2016-cı illərdə adıçəkilən komandanın əsas və əvəzedici komandalarında çıxış edib (10 oyun). Son klubu “BATE Borisov” (2 oyun) olan Cəmaləddin Rusiyanın “Ural” (1 oyun), “Baltika” (2 oyun), “Soçi” (8 oyun), “Amkar Perm” (1 oyun) və Danimarkanın “AGF Aarhus” (35 oyun, 1 qol) klublarının şərəfini qoruyub.

 

Moskva “Spartak”ının yetirməsi olan Rəhim Sadıxov isə peşəkar karyerası ərzində “Solyaris Moskva” (16 oyun) və “Torpedo Moskva”nın (71 oyun, 23 qol) uğurları üçün çalışıb. Rəhim Azərbaycanın U-17 və U-19 millilərində də çıxış edib.

 

Image may contain: 1 person, standing

Image may contain: 1 person

Image may contain: 1 person, smiling, outdoor

Image may contain: 1 person, standing

Image may contain: 1 person, indoor

Image may contain: 1 person, outdoor

Xəbər xətti