Kuarejma: "Fikrət Ormanın qarşıma çıxmağa cəsarəti yoxdur"

00:00 - 13 Sentyabr 2019

"Beşiktaş"dan "Kasımpaşa"ya transfer olan portuqaliyalı futbolçu Rikardo Kuarejma "beIN Sports Haber"ə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi "Beşiktaş"da son aylarda yaşadıqları barədə danışıb. O, İstanbul klubunun prezidenti Fikrət Ormanı cəsarətsiz insan adlandırıb:

 

"Beşiktaş"da maaşlar 5 ay idi ki ödənmirdi. Nə mən, nə də ailəm bundan razı deyildik. Bir həftə sonra prezident Fikrət Orman mənə bu borcların aradan qalxması üçün çek verdi. Banka gedəndə isə çek etibarsız çıxdı. Mən də klubu FIFA-ya şikayət elədim.

 

"Beşiktaş"ın prezidenti mənim üçün yox kimidir. Transfer dönəminin bitməsinə 5 gün qalmış idman direktorumuz məni heyətdən kənarlaşdırdıqlarını dedi. Bu, doğru davranış deyil. Fikrət Ormanın qarşıma çıxmağa cəsarəti yoxdur".

 

"Qalatasaray" və "Fənərbaxça"dan təklif gəlsəydi, reaksiyan necə olardı" sualına Kuarejmanın cavabı:

 

"Asan sualdır. "Beşiktaş"dan başqa klubda oynamayacağımı söyləmişdim. Ancaq klub məni istəmədi. "Fənərbaxça" və ya "Qalatasaray"da oynamaq mənim üçün asan deyil, çünki "Beşiktaş" azarkeşlərini çox sevirəm. Hər zaman "Portu" və "Beşiktaş"ın qəlbimdə qalacağını söyləmişəm".

 

Portuqaliya millisinin üzvü karyerasını bitirmək düşüncəsində olmadığını sözlərinə əlavə edib:

 

"Hələ 36 yaşın içindəyəm. Əmrə Belözoğlu kimi 39 yaşa qədər oynayıb-oynamayacağımı bilmirəm. Əmrə həqiqətən də heyran olduğum futbolçudur, inanılmaz səviyyəsi var".

 

Kuarejma Kriştiano Ronaldo və Lionel Messini də müqayisə edib: "Dostum olduğu üçün demirəm, amma məncə, Ronaldo dünyanın bir nömrəsidir".

Xəbər xətti