AFFA "Neftçi"nin cəzasını azaltdı

“Neftçi” tərəfindən verilmiş apellyasiya şikayətinə baxan AFFA-nın Apellyasiya Arbitraj Tribunalı məsələ ilə bağlı qərarını açıqlayıb.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, klubun şikayəti qismən təmin olunub.

 

"Premyer Liqanın III turunun “Neftçi” – “Sumqayıt” oyununun 90+4-cü dəqiqəsində "ağ-qaralar"ın məşqçisi Etibar Tarıverdiyevin rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə AFFA İntizam Komitəsinin 3 sentyabr 2019-cu il tarixli qərarı ilə cəzalandırıldığı oyun sayı 20-dən 10-a, kluba tətbiq olunan cərimə isə 16000 (on altı min) manatdan 8000 (səkkiz min) manata endirilib.

Tarix: 16 Sentyabr [17:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10 Dekabr 2019
9  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio