Hollandiya millisinin sabiq üzvü 43 yaşında vəfat etdi

18:18 - 18 Sentyabr 2019

Amiotrofik sklerozdan (mərkəzi sinir sisteminin iflici) əziyyət çəkən Hollandiya millisinin sabiq üvzü Fernando Riksen bu gün vəfat edib.

 

Sportal.az xəbər verir ki, Riksen 2013-cü ildən sağalmaz xəstəlikdən əziyyət çəkirdi. Beyindən əzələlərə impulsları ötürən neyronların məhv olması ilə müşahidə edilən xəstəliyə yoluxan insanlar 5 il ərzində həyatlarını itirir. Keçmiş futbolçunun çəkisi 38 kiloqrama düşmüşdü.

 

43 yaşlı keçmiş müdafiəçi "28 iyun mənim üçün xüsusi gündür. Bu, mənim son gecəm olacaq. Gəlin bu gecəni unudulmaz edək” açıqlaması vermişdi. Onun bu açıqlaması evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanının öz razılığı ilə həyatdan məhrum edilməsidir) ediləcəyi kimi qəbul olunsa da, sonradan onun son dəfə canlı yayım açmaq fikrində olduğu bəlli olmuşdu.

 

Riksen peşəkar karyerasına Hollandiyanın "Fortuna" klubunda başlayıb. O, "Alkmar" (1997-2000), "Reyncers" (2000-2006), "Zenit" (2006-2009) kimi klublarda çıxış edib. Hollandiyalı futbolçu karyerasını "Fortuna"da başa vurub (2010-2013). Riksen 2000-2003-cü illərdə Hollandiya yığmasında forma geyinib.

 

Xəbər xətti