Messiyə səs vermədiyini deyən futbolçunun yalanı üzə çıxdı - FOTO

16:10 - 26 Sentyabr 2019

FIFA Nikaraqua yığmasının kapitanı Xuan Barreranın ilin ən yaxşı futbolçusuna verilən "The Best" mükafatını qazanan Lionel Messiyə səs vermədiyini desə də, qurum bunu təkzib edib.

 

Sportal.az TASS-a istinadən xəbər verir ki, ali futbol qurumu futbolçunun səsvermədə iştirak etdiyini və Lionel Messi, Sadio Mane və Kriştiano Ronaldoya səs verdiyini təsdiqləyən möhürlü sənədi nümayiş etdirib.

 

 Messi ilin ən yaxşı futbolçusu nominasiyasında Vircil van Daykla Kriştiano Ronaldunu qabaqlayıb.

 

Xəbər xətti