Ramil Şeydayev oynamadı, "Dinamo" böyük hesabla uduzdu

00:04 - 29 Sentyabr 2019

Rusiya Premyer Liqasında XI turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Moskva "Dinamo"su "Rostov"un qonağı olub və 0:3 hesabı ilə uduzub.

 

Şeydayev bu oyunda da ehtiyatda qalıb.

 

"Dinamo" 10 xalla 12-ci sırada qərarlaşıb.

Xəbər xətti