Mourinyo: "Gələcəyimin İtaliyaya aid olduğunu düşünmürəm"

"Mançester Yunayted"dən ayrıldıqdan sonra işsiz qalan Joze Mourinyo İtaliya televiziyasının "Tiki-Taka" proqramınında gələcəyi ilə bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, 56 yaşlı mütəxəssis gələcəkdə İtaliya klublarını çalışdırmaq ehtimalının olmadığını söyləyib:

 

"Gələcəyimin İtaliyaya aid olduğunu düşünmürəm. "İnter" mənim evim, ailəmdir. Moratti yaxın dostumdur. Madriddəki finaldan sonra "San-Siro"ya qayıtsaydım, "İnter"dən heç vaxt ayrılmazdım. Ailə ilə vidalaşmaq çox ağırdır".

 

Portuqaliyalı mütəxəssis 2008-2010-cu illərdə "İnter"i çalışdırıb və komandanı ÇL-də qalib edib.

Tarix: 30 Sentyabr [12:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2019
19  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio