Tərlan Əhmədov: "Küləyi bəhanə etmirəm"

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sumqayıt”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, Əhmədov qolsuz bərabərliklə bitən oyunu belə şərh edib:

 

- “Zirə” ilə oyundan fərqli olaraq, bu oyunda ilk hissədə bir az arxayınlıq vardı. İkinci hissədə hər iki komanda baxımlı oyun sərgilədi. Bərabərlik ədalətli nəticə oldu. Komandamın mübarizəsindən razı qaldım. Bizim vaxtımız az idi. Hazırlıq üçün 4 gün vaxtımız var idi. Buna baxmayaraq, komandam normal çıxış etdi. Ön xətdə oyun çox da ürəyimcə deyildi. Sezarın yüngül zədəsinin olması bizə irəliyə çıxmaqda mane olurdu.

 

- İlk hissədə oyununuza küləyin təsiri var idimi?
- İlk hissədə külək bir az güclü idi. Ancaq bunu bəhanə etmirəm. İlk hissədə “Sumqayıt”ın təzyiq göstərəcəyini bilirdim. Onlar bu meydanda yaxşı oynayırlar. Küləyin maneə olduğunu düşünmürəm.

 

- 7 oyuna 11 xal sizi razı saldımı?
- Daha yaxşı ola bilərdi. Ancaq yenə də bizi qane edir. Səhvlərimizdən düzgün nəticə çıxarmalı, fasiləni yaxşı dəyərləndirməliyik. 11 xal ilk dövrə üçün normaldı (komanda.az).

Tarix: 5 Oktyabr [19:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2019
19  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio