Joze Alesio: "İkinci hissədə uşaqların ayaqları işləmirdi"

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçirilmiş “Araz” – “Benfika” oyunundan sonra hər iki baş məşqçisi fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, "Araz"ın çalışdırıcısı Joze Alesio Da Silva komandasının 0:7 hesablı məğlubiyyətini şərh edib:
 

“Olanları təkrarlamaq istəmirəm. Artıq baş verənlərlə bağlı dünən də danışmışam. Məncə, bu gün daha yaxşı müübarizə apardıq. Çünki “Halle Gooik”lə oyundan sonra necə oynayacağımızı müəyyənləşdirdik. Amma yorğunluq sözünü dedi. İkinci hissədə uşaqların ayaqları sanki işləmirdi, beyinləri yorulmuşdu. Birinci hissədə 3 qol buraxdıq. Fasiləyə qədər gücümüz daha çox idi. Təəssüf ki, səhvlərdən qaça bilmədik. Vurulan qolların bəzisini “hədiyyə” etdik. Bu da yorğunluğun, ardıcıl iki matçı 6 oyunçu ilə keçirməyimizin nəticəsidir. “Benfika” isə fərqli keyfiyyətlərə malik komandadır. İstər taktiki, istərsə də texniki cəhətdən onlar qrupun aşkar favoriti, ən güclüsüdür. Şansımız “Halle Gooik” – “Xerson” oyununun nəticəsindən asılıdır. Ukrayna futzalçıları qələbə qazana bilməsə, şənbə gününü fərqli etməyə çalışacağıq. İstənilən halda son matçda da “döyüşəcəyik”.

 

Joel Roxa (“Benfika” klubunun baş məşqçisi):“Çətin və maraqlı oyun oldu. Biz ağıllı, səliqəli, intizamlı oynadıq. Məşqdə etdiklərimizi 100 faiz meydanda həyata keçirdik. “Araz”ın üzləşdiyi problemlə xəbərdaram. Bu komandanın heyətində mübarizə aparan 6 oyunçu qəhrəmandır. Onlar iki gün ardıcıl olaraq bu cür oyunlar keçirdilər. Təbii ki, biz qrupu birinci pillədə başa vurmaq üçün mübarizəmizi sona qədər davam etdirəcəyik. Son matçda Belçika çempionu ilə qarşılaşacağıq ki, onlara meydan amilindən istifadə etməsinə imkan verməməyə çalışacağıq”.

Tarix: 10 Oktyabr [22:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Oktyabr 2019
21  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio