"Daha böyük hesabla qalib gələ bilərdik" - Fransanın baş məşqçisi

13:40 - 11 Oktyabr 2019

AÇ-2021-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanın U-21 millisinə 5:0 hesabı ilə qalib gələn Fransanın 21 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Silven Ripol oyunu şərh edib.

 

Sportal.az verir ki, 48 yaşlı fransalı mütəxəssis daha çox çox qol vurmalı olduqlarını deyib:

 

“Komanda üçün yaxşı startdır. Azərbaycanın qapısı qarşısında çox qol epizodu yaratdıq. Sadəcə, həmin epizodları qola çevirməkdə problem yaşadıq. Daha böyük hesabla qalib gələ bilərdik. Bəzi oyun keyfiyyətlərini daha çox inkişaf etdirməli, üzərində çox işləməliyik”.

Xəbər xətti