"Qızıl oğlan" mükafatını kim qazanacaq? - namizədlər açıqlandı

15:55 - 15 Oktyabr 2019

"Tuttosport" dünyanın ən yaxşı gənc futbolçusuna verilən "Golden Boy" ("Qızıl oğlan") mükafatına namizədlər açıqlayıb.

 

Sportal.az xəbər verir ki, siyahıda 20 futbolçu yer alıb:

 

Matteis de Liqt ("Yuventus", Hollandiya), Alfonso Devis ("Bavariya", Kanada), Canluici Donnarumma ("Milan", İtaliya), Ansu Fati ("Barselona", İspaniya), Filip Foden ("Mançester Siti", İngiltərə), Matteo Qenduzi ("Arsenal", Fransa), Erlinq Holand ("Zalsburq", Norveç), Kay Haverts ("Bayer", Almaniya), Joau Feliks ("Atletiko", Portuqaliya), Deyan Yoveliç ("Ayntraxt", Serbiya), Moyze Kin ("Everton", İtaliya), Li Kan İn ("Valensiya", Cənubi Koreya), Andrey Lunin ("Valyadolid", Ukrayna), Donell Malen (PSV, Hollandiya), Meyson Maunt ("Çelsi", İngiltərə), Rodriqo ("Real", Braziliya), Ceydon Sanço ("Borussiya" Dortmund, İngiltərə), Ferran Torres ("Valensiya", İspaniya), Vinisius Junior ("Real", Braziliya), Nikolo Dzanolo ("Roma", İtaliya).

 

Qalibin adı dekabrın 16-da açıqlanacaq.

 

Bu mükafatın son qalibi Hollandiya millisinin üzvü Matteis de Liqt olub.

Xəbər xətti