Kyellini üçün yeni açıqlama: "Avropa çempionatına yetişəcək"

11:45 - 18 Oktyabr 2019

Mövsümün əvvəlində çarpaz diz bağları qopan Corco Kyellininin son durumu barədə agenti Davide Lippi açıqlama verib.

 

Sportal.az "TMW Radio"ya istinadən xəbər verir ki, agent 35 yaşlı italiyalı müdafiəçinin Avropa çempionatına yollana biləcəyini deyib:

 

"Onun sağalması müsbət irəliləyir. Kyellinin maqnit pozitivliyi var. İnanılmazdır, hər gün mübarizə aparır. Geri dönəcəyi tarixi dəqiq bilmirəm. Yanvar, fevral və ya mart ayı ola bilər. Mövsümün son hissəsində oynayacağına şübhə yoxdur. Avropa çempionatına da yollanacaq".

 

İtaliya millisi Avropa çempionatına vəsiqəni təmin edib.

Xəbər xətti