Kavani “Atletiko” ilə anlaşıb?

18:34 - 18 Oktyabr 2019

PSJ ilə mövsümün sonunda müqaviləsi başa çatacaq Edinson Kavaninin gələn ildən İspaniyanın “Atletiko” klubunda çıxış edəcəyi iddia edilib.

 

Sportal.az “Le10sport”a istinadən xəbər verir ki, uruqvaylı forvard Madrid klubu ilə ilkin anlaşma əldə edib. Məlumata görə, 32 yaşlı futbolçu gələn mövsüm azad agent statusu ilə “Atletiko”ya keçəcək.

 

O, 2013-cü ildə “Napoli”dən PSJ-yə 64,5 milyon avro qarşılığında keçmişdi. “El Matador” Paris klubunda 283 oyuna 195 qol vurub.

Xəbər xətti