"Qəbələ" "Qarabağ"ı büdrətdi, "Keşlə" "Sabah"la heç-heçə etdi - YENİLƏNİB

21:06 - 19 Oktyabr 2019

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci dövrəyə start verilib. İlk gündə VIII turun iki matçı keçirilib.

 

Sportal.az xəbər verir ki, lider “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Günün digər matçında  “Keşlə” “Sabah”ı qəbul edib. Matçda qalib müəyyənləşməyib - 1:1.

 

Tura sabah keçiriləcək “Neftçi” - “Zirə”, “Səbail” - “Sumqayıt” matçları ilə yekun vurulacaq.

 

Azərbaycan Premyer Liqası
VIII tur

19 oktyabr (şənbə)

 

“Qəbələ” – “Qarabağ” - 1:1

Qollar: Qismət Alıyev, 3 - İsmayıl İbrahimli, 9
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 17:00

 

“Keşlə” – “Sabah” - 1:1
Qollar
: Vüsal İsgəndərli, 16 - Hendrik Ekşteyn, 90+2

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”, 19:15

Xəbər xətti