"Beşiktaş"ın yeni prezidenti məlum oldu

00:32 - 21 Oktyabr 2019

Türkiyənin “Beşiktaş” klubunun yeni prezidenti müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Əhməd Nur Çebi seçkidə qalib gəlib və İstanbul təmsilçisinin yeni prezidenti seçilib.

 

O, Serdal Adalı və Hürser Tekinoktaydan daha çox səs toplayıb.

 

Əhməd Nur Çebi “Beşiktaş” tarixinin 34-cü prezidenti olub. O, bu vəzifədə Fikrət Ormanı əvəz edib.

Xəbər xətti