“Sabah” – “Zirə”: 6-cı qarşılaşma

14:44 - 22 Oktyabr 2019

“Zirə” Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək. Mövsümün II dövrəsinə ardıcıl iki səfər matçı ilə başlamalı olan “Qartallar” bu dəfə “Sabah”la üz-üzə gələcək.

 

Sportal.az xəbər verir ki, bu oyun iki komanda arasında 6-cı qarşılaşma olacaq. “Zirə” “Sabah”la ilk dəfə ötən mövsümdə görüşüb. Debütantla ilk üç matçda uduzan "Zirə" mövsümün son görüşündə rəqibinə böyük hesabla qalib gəlib. Cari mövsümün III turundakı qarşılaşmada heç-heçə edən “Zirə” iki oyundur rəqibinə uduzmur.


Çempionat çərçivəsində baş tutan bu beş görüşdə 1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyəti olan “Qartallar” rəqib qapısından 5 top keçirib, 7-ni buraxıb. Komandanın qollarına 4 futbolçu imza atıb. Xulio Sezar Rodriqes iki, digər üç oyunçu hərəyə bir dəfə fərqlənib.


“Zirə” üçüncü dəfə “Sabah”ın qonağı olacaq. Əgər "Zirə" evdəki matçlarında iki qol vurulursa, səfər görüşlərinin hər birində üç top qeydə alınıb. İlk səfər oyununda 1:2 hesabı ilə uduzan qəsəbə təmsilçisi yeganə qələbəsini də “Sabah”ın meydanında əldə edib. "Zirə" 2 səfər oyununda 1 qələbə və 1 məğlubiyyətə təsadüf olunub. Top fərqi də “Qartallar”ın xeyrinədir – 4:2.


“Sabah” – “Zirə” oyunu oktyabrın 26-da “Bank Respublika Arena”da keçiriləcək. Matç saat 18:00-da başlayacaq.

 

“Zirə” – “Sabah”: Bütün oyunlar
2018/19 mövsümü

 

25.08.2018. “Zirə” – “Sabah” – 0:2
Marko Deviç, 2, 30

 

27.10.2018. “Sabah” – “Zirə” – 2:1
Məqsəd İsayev, 45+1; Cavid İmamverdiyev, 90+2 // Tellur Mütəllimov, 73

 

02.02.2019. “Zirə” – “Sabah” – 0:2
Marko Deviç, 47 (p.); Rəşad Eyubov, 68

 

11.05.2019. “Sabah” – “Zirə” – 0:3
Xulio Sezar Rodriqez, 38, 81; Robin Nqalande, 69

 

2019/20 mövsümü

 

31.08.2019. “Zirə” – “Sabah” – 1:1
Soni Norde, 88 // Amadu Diallo, 35

 

 

Xəbər xətti