Libertadores Kubokunda ilk finalçı məlum oldu - VİDEO

12:41 - 23 Oktyabr 2019

Libertadores Kubokunda ilk finalçı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, ilk oyunda “Boka Xuniors”u məğlub edən “River Pleyt” cavab matçında uduzub – 0:1. Məğlubiyyətə baxmayaraq, “River Pleyt” finala yüksələn kollektiv olub.

 

Yarımfinalın digər qarşılaşmasında Braziliya təmsilçiləri – “Qremio” və “Flamenqo” qarşılaşacaq. Cütün ilk oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

“River Pleyt” ötən il Libertadores Kubokunun qalibi olub. Argentina təmsilçisi ölkənin digər klubu “Boka Xuniors”a iki oyunun nəticəsinə görə qalib gəlmişdi.

 

Xəbər xətti