Ailton Silva: “Heç-heçəni pis nəticə saymaq olmaz”

“Aydın məsələdir ki, çətin oyun oldu. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Görünən də bu idi. Ümid edirəm ki, APOEL-lə cavab oyununda da xal qazanacağıq. Ümumi götürsək, bu günkü heç-heçəni pis nəticə saymaq olmaz”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Ailton Silva Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə APOEL-lə heç-heçə etdikləri oyundan (2:2) sonra jurnalistlərə açıqlamasında deyib.

 

24 yaşlı müdafiəçi əllərindən gələni etdiklərini söyləyib:

 

“Biz əlimizdən gələni etdik. Siz də gördünüz ki, rəqib necə müdafiəyə qapanmışdı. APOEL-in müdafiəsini yarmaq çox da asan olmadı. Ən azından, biz əlimizdən gələni etdik, sona qədər cəhd elədik. Amma futbolda hər zaman hər istədiyin olmur. Buna görə də üzülməyə dəyməz”.

 

Komandasının 2-ci qolunu vuran brazilyalı futbolçu daha çox hücumameyilli olduğunu bildirib:

 

“Əgər sən oyundasansa, səhv etməyin qaçılmaz olur. Təbii ki, çalışmalısan ki, səhv etməyəsən. Amma hər zaman istədiyin kimi olmur. İlk buraxdığımız qolda qaydanı pozduğum epizoddan sonra topun qarşısını ala bilərdik, amma bunu bacarmadıq. Qol vurmağıma gəldikdə isə mən daha hücumameyilli oyunçuyam. Ancaq çalışacağam ki, daha da öz üzərimdə işləyib, qarşıdakı oyunlarda komandama kömək edim”.

Tarix: 24 Oktyabr [23:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio