"Barselona" beş futbolçunu transferə çıxardı

12:08 - 30 Oktyabr 2019

"Barselona" beş futbolçunu satış siyahısına qoyub.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, kataloniya təmsilçisi oyunçuların agentlərinə də bu barədə məlumat verib.

 

İvan Rakitiç, Arturo Vidal, Samuel Umtiti, Karles Peres və Mussa Vaqe satılması planlaşdırılan oyunçulardır.

 

Rakitiçlə "İnter", "Yuventus" və "Mançester Yunayted"in maraqlandığı iddia edilir. 31 yaşlı xorvatiyalı yarımmüdafiəçi yanvar ayında da klubu tərk edə bilər.

 

2021-ci ilin yayına qədər müqaviləsi olan Arturo Vidalın xidmətində İtaliya "İnter"i maraqlıdır.

 

Akademiyanın yetirmələri olan Karles Pereslə Mussa Vaqeyə inam azdır. Münasib təkliflər gəlsə, hər ikisi satılacaq.

Xəbər xətti