Ermənistanı məğlub edən Azərbaycan millisi 27 il sonra Avropa çempionatında mükafat qazandı

17:08 - 2 Noyabr 2019

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə milli komandalar arasında Avropa çempionatında Azərbaycanın qadın yığması bürünc medal qazanıb.

 

Sportal.az xəbər verir ki, milli komanda sonuncu turda Ermənistanı 2,5:1,5 hesabı ilə məğlub edib.

 

Günay Məmmədzadə qələbə qazanıb. Digər üç şahmatçımız isə heç-heçə edib. Bu nəticə ilə komandamız 13 xal qazanıb və 27 il sonra Avropa çempionatının bürünc medalını qazanıb. Rusiya Avropa çempionu olub, meydan sahibi Gürcüstan isə qitə birinciliyinin gümüş medalına yiyələnib.

 

Kişilərin yarışında isə Azərbaycan millisi Sloveniyaya 3:1 hesabı ilə qalib gəlib.

Xəbər xətti