Tomas Doll: "Komandadakı inkişafı görürəm"

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan APOEL Kipr I Liqasının 8-ci turunda evdə AEK-lə 0:0 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, Nikosiya klubunun baş məşqçisi Tomas Doll qarşılaşmanı şərh edib:

 

"Yaxşı peformans göstərdik, Futbolçular bütün gücünü qoydu. İndi daha yaxşı olduğumuzu görə bilərsiniz. Komandadakı inkişafı görürəm. Uzun müddət rəqibin meydanında oynadıq. Futbolçuların mübarizəsindən razı qaldım, amma nəticədən məmnun deyiləm. Pis oynadığımızı düşünmürəm. Daha güclə irəliləməliyik. APOEL və AEK kimi komandaların öndə olduğunu nəzərə alsaq, cəsur futbol baş tutdu. Bütün futbolçular savaşdı. Futbolda dürüst olmaq lazımdır. Hər şeydən narazı olmayın. Cümə axşamı Avropa Liqasında vacib oyunumuz var, diqqətimizi bu matça ayırmalıyıq".

 

APOEL - "Qarabağ" oyunu noyabrın 7-si GSP stadionunda baş tutacaq.

Tarix: 3 Noyabr [09:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2019
17  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected]mail.ru | site by Five studio