Özillə Kolaşinatsa hücum edən şəxs həbsxanada vəhşicəsinə döyüldü - VİDEO

14:06 - 11 Noyabr 2019

“Arsenal”ın futbulçuları Məsut Özillə Sead Kolaşinatsa hücum etdiyi üçün həbs olunan Eşli Smit həbsxanada döyülüb.

 

Sportal.az “Mirror”a istinadən xəbər verir ki, kamera yoldaşı Smiti ilk gün vəhşicəsinə döyüb. Kamera yoldaşı onu dostunun anasını qarət etməkdə günahlandırıb. Smit onu dəyən dustaqdan rəhm diləsə də, mənası olmayıb. Smit ilk gün elə döyülüb ki, bir gözündən məhrum olmaq olmaq təhlükəsi ilə üz-üzə qalıb.

 

Londonda silahlı dəstənin üzvü olmuş 30 yaşlı Smit Məsut Özilə və Sead Kolaşinatsa hücuma etdiyi üçün 10 il həbs cəzası alıb. O, havadarları ilə futbolçuların maşınını oğurlamaq istəsə də, Kolaşinats buna mane olmuşdu.

 

Xəbər xətti