Fil Dişi Sahili millisinin sabiq futbolçusu Didye Droqba "Qızıl top" mükafatının təqdim ediləmə mərasimində maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, o, 10 il əvvəl PSJ-nin fransalı hücumçusu Kilian Mbappenin şəkil çəkdirmək istəyini qəbul etmədiyini bildirib: "10 il əvvəl oyundan sonra bir uşaq yaxınlaşıb mənimlə şəkil çəkdirmək istədi. Həmin gün hesabın təsirindən bu istəyi qəbul etməmişdim. Öyrəndim ki, həmin uşaq Kylian Mbappe imiş. Ona olan borcumu indi ödəyirəm".