İtliyada nüfuzlu qəzet irqçilik etdi

12:04 - 6 Dekabr 2019

İtaliyada irqçilik qalmaqalı yaşanıb.

 

Sportal.az xəbər verir ki, “Corriere dello Sport" qəzeti manşetində irqçiliyə yol verib. Nəşr A seriyasının 15-ci turunda "İnter"lə "Roma" arasında keçiriləcək qarşılaşma üçün məqalə hazırlayıb. Yazıda iki qaradərili oyunçu - Romelu Lukaku (“İnter”) və Kris Smollinqin (“Roma”) şəkli qoyulub. Başlıqda isə "Black Friday" ("Qara cümə") yazılıb.

 

Qəzet rəhbərliyi məqsədlərinin irqçilik etmək yox, bununla mübarizə aparmaq olduğunu bildirsə də, İtaliyada bu manşet böyük narazılığa səbəb olub. Bəzi klublar qəzeti boykot edib.

Xəbər xətti