Avropa Liqasında qrup mərhələsinin son turunun rəmzi komandası - FOTO

14:37 - 13 Dekabr 2019

Avropa Liqasında qrup mərhələsinin 6-cı turunun rəmzi komandası açıqlanıb.

 

Sportal.az xəbər verir ki, “Mançester Yunayted”in 3 futbolçu rəmzi heyətə daxil edilib. A qrupunda "Qarabağ"In rəqibi olmuş APOELin qapıçısı Vid Belets də simvolik heyətə yer alıb. Sloveniyalı qapıçı "Sevilya" ilə görüşdə penalti dəf edib.

 

Qapıçı: Vid Belets (APOEL);

 

Müdafiəçilər: Eşli Yanq (“Mançester Yunayted”), Jorin Nyanyon (“Renn”), Qernot Troner (LASK), Qael Klişi (“Başakşəhər”);

 

Yarımmüdafiəçilər: Bukayo Saka (“Arsenal”), Roman Bezus (“Gent”), Xuan Mata (“Mançester Yunayted”), Takuma Asano (“Partizan”);

 

Hücumçular: Dioqo Jota (“Vulverhempton”), Meyson Qrinvud (“Mançester Yunyated”).

 

Xəbər xətti