Roy Hocson Cenk Tosundan danışdı

Premyer Liqanın 23-cü turunda "Mançester Siti" ilə oyunda (2:2) qol vuran "Kristal Pelas"ın hücumçusu Cenk Tosunla bağlı baş məşqçisi Roy Hocson açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis London klubunda ilk qolunu vuran türkiyəli forvardı tərifləyib:

 

"Tosunla bağlı xoş sözləri idman direktorumuz Fridmen söyləməlidir. Cenki uzun müddət izlədi və onu icarəyə götürmək üçün məni razı saldı. Çünki mən onu bu qədər izləməmişdim. Cenkin performansından çox razı qaldım. Möhtəşəm start verdi. Ümid edirəm ki, bizi irəli aparmaq üçün ehtiyacımız olanı qarşılayacaq".

 

"Kristal Pelas" 28 yaşlı hücumçunu "Everton"dan mövsümün sonuna qədər icarəyə götürüb. Cenk komandada keçiridiyi 2-ci oyunda qol vurmağı bacardı.

Tarix: 19 Yanvar [15:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Fevral 2020
24  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio