Millinin daha bir rəqibi müəyyənləşdi

12:53 - 21 Yanvar 2020

Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq Azərbaycan milli komandasının daha bir rəqibi müəyyənləşib. 
 
Sportal.az xəbər verir ki, yığma martın 26-da Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək. Görüş Bakı vaxtı ilə 19:00-da baş tutacaq.


Komandamız toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə qarşılaşacaq. Martın 30-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

Xəbər xətti